Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) binasında həyəcanlı anlar yaşanır.

ANS PRESS-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, AKP-nin Kartal rayonundakı binasına iki silahlı şəxs girib. Polis binanın önündən keçən yolu bağlayıb. Hadisə haqda ətraflı məlumat verilmir.

Qeyd edək ki, dünən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri Çırağan ədliyyə binasına girərək prokuror Səlim Kirazı iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb. Bir neçə saatlıq əməliyyatdan sonra 5 güllə yarası alan prokuror xəstəxanada dünyasını dəyişib.
Mənbə
ANS PRESS