Bakı, 1 aprel, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsində öz səhmlərini maliyyələşdirməyə başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Cistran Finance”nin saytında yer alıb.
Qeyd edək ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP layihəsində “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 58 faiz, BOTAŞ 30 faiz, bp şirkəti isə 12 faiz paya sahibdirlər. Boru kəmərinin tikintisini üç şirkət – “Tefken İnsaat ve Tesisat A.Ş”, “Sicim-Yüksel-Akkord Adi Ortaklığı” və “Fernas İnşaat A.Ş.” həyata keçirəcək.
TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.