[ 01 Aprel 2015 12:52 ]
Bakı. Mәlahәt Nәcәfova - APA. "Azәrbaycanla Avropa İttifaqı arasında birgә hava mәkanın yaradılması mәsәlәsinә Riqa sammitindә toxunmaq istәyirik".
APA-nın xəbərinə görә, bunu Avropa İttifaqının Bakı ofisinin rəhbəri Malena Mard deyib.
"Mәsәlә ilә bağlı danışıqların nәticәsi orada (Riqada - red.) bilinәcәk. Lakin ötən il aviasiya sahәsindә konkret danışıqlar aparılmayıb. Azәrbaycan tәrәfi istәyәrsә, bu il danışıqları yenidәn başlaya bilәrik", - deyə diplomat qeyd edib.