Hollandiya millisi yoldaşlıq oyununda İspaniyanı 2:0 məğlub edib.
MilliI.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "narıncılar"ın baş məşqçisi Qus Hiddink fikirlərini media ilə bölüşüb.
MilliI.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "narıncılar"ın baş məşqçisi Qus Hiddink fikirlərini media ilə bölüşüb.
"Üzərimdə təzyiq hiss etmirəm. KİV-lərlə mübarizə aparmağa həvəsim yoxdur. Bütün diqqətimi işimə yönəldəcəm. Mətbuat həmişə özündən nəsə çıxarır. Bu gün cəsarətli futbol oynayan Hollandiya millisini gördüm. Səhvlərimiz olsa da, ümumilikdə yaxşı oynadıq. Bunları aradan qaldırmaq lazımdır. Rəqib qapımıza yol tapa bilmədi. Vermeer bir neçə dəfə qola əngəl oldu. Blind və Klassenin də yaxşı oyununu qeyd etməliyəm".
Milli.Az
Milli.Az