Azərbaycan nefti yenidən ucuzlaşıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən APA-ya verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,54% və ya 0,31 dollar azalaraq 56,96 dollar olub.

Milli.Az