Zaqatalada ikimərtəbəli ev yanaraq kül olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Qəbizdərə kəndində qeydə alınıb.

Rayon sakinləri Rəcəb Buduşov və Xatirə İbrahimovaya məxsus ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğın zamanı ev sakinləri evdə olublar.

Yanğın zamanı onlar evdən qaçıblar. Qonşular yanğınsöndürənlər və xilasedicilər çağırılıb.

Hadisə zamanı ev sakinləri xəsarət almasa da, ikimərtəbəli ev yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS, Xatirə Əkbərova