[ 01 Aprel 2015 09:32 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün martın 31-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 1-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 1,0485 manat səviyyəsində qərarlaşıb.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0013 manat və ya 0,11% ucuzlaşaraq 1,1304 manat olub.