Çad və Niger orduları Nigeriyanın şimalındakı Malam və Fatori şəhərlərini “Boko Haram” terrorçularından təmizləyib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Ria Novosti agentliyi yayıb.

Xəbər verilir ki, bu şəhərlər 2014-cü ilin noyabr ayından etibarən terrorçuların nəzarətində olub.

Öz növbəsində Niger ordusunda olan mənbələr bildiriblər ki, orduların hücumları Hərbu Hava Qüvvələrinin terrorçuların mövqelərinə vurulan aviazərbələri ilə dəstəklənib.
Mənbə
ANS PRESS