“Report”un məlumatına görə, qəza rayonun Fətəli xan Xoyski prospektində qeydə alınıb.
Adıçəkilən prospektlə yüksək sürətlə hərəkət edən "Hyundai" markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən bacı və qardaşı - 17 yaşlı Fariz Əhmədov və 22 yaşlı Aysel Əhmədovanı vurub. Qəza bununla bitməyib və avtomobil əks istiqamətdə gələn "KİA" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Yaralı bacı-qardaş ağır vəziyyətdə xəstəxnaya aparılıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

