[ 01 Aprel 2015 04:29 ]



Bakı-APA. Çad və Nigerin hökumət qoşunları Nigeriyanın şimalında yerləşən Malam Fatori şəhərini “Boko Haram” terrorçu qruplaşmasından azad edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hücumdan əvvəl Nigerin Hərbi-Hava Qüvvələri terrorçuların mövqelərinə hava zərbələri endirib.

 

Qeyd olunur ki, şəhər 2014-cü ildən ekstremistlərin nəzarəti altına keçmişdi.

 

Çad və Niger ordusu 2015-ci ildən Nigeriya ərazisində “Boko Haram” terrorçu qruplaşmasına qarşı əməliyyatlarda iştirak edir.