Bakı, 31 mart, Səxavət Quliyev, AZƏRTAC
Aprelin 10-dan 19-dək Bakıda futbol üzrə 16 yaşadək qızlardan və oğlanlardan ibarət komandaların iştirakı ilə UEFA-nın inkişaf turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hər iki turnirdə Azərbaycan millisi ilə yanaşı, Yunanıstan, Gürcüstan və Qazaxıstan yığmaları mübarizə aparacaq.
Oyunlar “Dalğa Arena” və Bayıl stadionunda keçiriləcək.