Bakı, 31 mart, AZƏRTAC
İlya Çavçavadze adına Gürcüstan Dövlət Universitetinin professoru Zurab Javakhishvili və bu ali məktəbin nümayəndəsi David Mikava Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə birgə əməkdaşlığa dair müzakirələr aparılıb. Hər iki ölkənin sərhəd bölgəsində olan seysmik stansiyaların məlumatlarının fasiləsiz rejimdə mübadiləsi haqqında razılıq əldə edilib.