1915-ci ildə Türkiyədə assuriyaların soyqırımına məruz qaldığını iddia edən fransalı deputat Valeri Buaye plagiatlıqda ittiham olunub.
APA-nın məlumatına görə, yerli mətbuat bu il martın 11-də Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edən V.Buayenin müvafiq bilgilərin hamısını internetdən, “Wikipedia”dan götürdüyünü iddia edib.
 
Fransanın aparıcı KİV-ləri deputatın “plagiat” cəhdini foto və linklərlə sübut ediblər.
 
Qeyd edək ki, bu il martın 11-də “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müəllifi V.Buaye Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edib. Qanun layihəsində “Pontik yunanların soyqırımı”, “1916-cı ilin Says Piko sazişi və Diyarbəkir qətliamları” və “1923-cü il Lozanna sazişi” kimi məsələlər yer alıb.

Milli.Az