Milli.Az islam.az-a istinadən bildirir ki, insanin ifrazatı ilə qidalanan heyvanın müəyyən müddət ərzində ətindən və südündən istifadə etmək haramdır, ifrazatı da murdar sayılır. Bu heyvanı paklayandan sonra ətindən və südündən istifadə etmək olar.

Bu cür heyvanların paklanması “istibra” adlanır. Bu müddətə ərzində heyvanı bağlı yerdə saxlayıb, halal qida ilə yemləyirlər.

Dəvə üçün bu müddət 40 gün, iri buynuzlu mal üçün 30 ya 20 gün, qoyun üçün 10 gün, su quşları (qaz və ördək) 7 ya 5 gün, toyuq-cücə üçün 3 gündür. Həmin müddət bitdikdən sonra o heyvanın ətini yemək, südünü içmək olar, onun ifrazatı da murdar sayılmaz.

Milli.Az