“Azərbaycanlıların soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans
Naxçıvan, 31 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2015-ci il üçün iş planına uyğun olaraq, AMEA Naxçıvan Bölməsində Bilik Fondunun Himayəçilik Şurasının, Təhsil Nazirliyinin, AMEA Naxçıvan Bölməsinin, ali təhsil müəssisələrinin təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun yaradılması muxtar respublikanın elm və təhsil müəssisələrinin işində stimul rolunu oynayıb və bu müəssisələrin hərtərəfli fəaliyyətinə geniş imkanlar açıb. Fondun əsas məqsədi əhalini maarifləndirmək, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bugünkü konfrans fondun 2015-ci il üçün təsdiq olunan iş planına əsasən keçirilir. Məqsəd 1918-ci ilin qanlı 31 mart hadisələrinin mahiyyətinin açılmasıdır.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev və digərləri məruzə ilə çıxış ediblər.
Məruzəçilər ümummilli lider Heydər Əliyev tərəfindən azərbaycanlıların soyqırımına verilən siyasi qiymətdən, erməni daşnaklarının Azərbaycan ərazilərinə əsassız iddiaları və silahlı müdaxilələrindən, soyqırımı həqiqətlərinin ümumtəhsil məktəblərində şagirdlərə öyrədilməsinin əhəmiyyətindən, 1918-1920-ci illərdə Naxçıvanda törədilən erməni vəhşiliyindən, sovet hakimiyyətinin ilk illərində ermənilərin Naxçıvana qarşı ərazi iddialarından söhbət açıblar.
Qeyd edilib ki, 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədən Andranik Ozanyan təkcə Gilançay və Əlincəçay hövzələrində 80-dən artıq kəndi viran qoyub, əhalini amansızlıqla qətlə yetirib. Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təsdiq edir ki, havadarlarından aldıqları döyüş sursatı ilə silahlanan erməni quldur dəstələri Naxçıvanın müxtəlif yerlərində dəhşətli qırğınlar törədiblər. Sovet hakimiyyəti illərində ermənilərin törətdikləri soyqırımlar xalqa unutdurulmağa çalışılıb, həmin dövrdə baş verən faciələrin obyektiv tədqiqinə yasaq qoyulub, faciənin əsl mahiyyəti təhrif olunub, xalqımızın tarixi saxtalaşdırılıb. Bu hadisələrin əsl mahiyyəti ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb, ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu apardığı soyqırımı siyasəti dərindən təhlil edilib və ona ilk dəfə siyasi qiymət verilib. Bu Fərmana uyğun olaraq, hər il ölkəmizdə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.
Sonda azərbaycanlıların soyqırımı haqda slaydlar nümayiş etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25