Malayziyanın “Diplomatic voice” jurnalında ADA Universitetinin təlim proqramı haqqında məqalə dərc edilib
Kuala-Lumpur, 31 mart, AZƏRTAC
Malayziya Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun (IDFR) “Diplomatic voice” jurnalında ADA Universiteti tərəfindən 2014-cü il noyabrın 18-dən 27-dək təşkil olunmuş “Caspian Basin Studies Programme”da iştirak etmiş IDFR-in əməkdaşı Lim Hui Çinin məqaləsi dərc olunub.
Müəllif məqalənin əvvəlində Bakının gözəl arxitekturasının və küçələrin təmizliyinin diqqət çəkdiyini bildirib.
ADA Universiteti tərəfindən təşkil olunmuş proqramda 17 ölkədən gənc diplomatların iştirak etdiyini yazan müəllif təlim proqramının açılışında bu ali təhsil ocağının prorektoru Fariz İsmayılzadənin çıxış etdiyini, daha sonra Xəzər hövzəsi regionunun tarixi və Azərbaycanın mədəni irsi haqqında məlumat verildiyini diqqətə çatdırıb.
IDFR-in əməkdaşı Bakıda Şəhidlər xiyabanı, Dənizkənarı Bulvar, Alov qüllələri, İçərişəhər və digər tarixi-memarlıq abidələri ilə tanış olduqlarını qeyd edib.
Təlim proqramı ərzində Azərbaycan haqqında onlara ətraflı məlumat verildiyini bildirən Lim Hui Çin son illərdə ölkə iqtisadiyyatı və neft sənayesinin sürətlə inkişaf etməsindən heyran qaldıqlarını vurğulayıb. Qeyd edib ki, uzun illər Sovet İttifaqı tərəfindən təzyiqlərə, daha sonra 1980-ci illərin sonunda Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edərək qısa müddətdə qazandığı nailiyyətlərlə heyranedici təsir bağışlayır.
Müəllif proqram çərçivəsində təhlükəsizlik məsələləri və Azərbaycanın xarici siyasətinin prioritetləri, Cənubi Qafqazda münaqişələr, Xəzər dənizinin hüquqi statusu və digər mövzularda maraqlı mühazirələrin olduğunu qeyd edib.
Lim Hui Çin Heydər Əliyev Mərkəzini də ziyarət etdiklərini yazaraq, qeyri-adi arxitekturaya malik Mərkəzdə fəaliyyət göstərən muzeydə ümummilli lider Heydər Əliyevin 1969-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə istifadə etdiyi avtomobillər, ona aid əşyalar və digər eksponatların nümayiş etdirildiyini diqqətə çatdırıb.
Həftə sonu istirahət günlərində İsmayıllı, Şəki və Qəbələyə səfər etdiklərini bildirən malayziyalı diplomat Şəki Xan sarayı, Kiş kəndindəki Alban məbədində olduqlarını, Azərbaycan regionlarının da sürətlə inkişaf etdiyini vurğulayıb.
Müəllif təlim proqramının ikinci həftəsində müstəqil Azərbaycan, ölkəmizdə İslam dini, Azərbaycanın enerji resursları, enerji diplomatiyası və enerji siyasəti mövzularında mühazirələrin keçirildiyini qeyd edib.
Proqram çərçivəsində Xarici işlər Nazirliyində də olduqlarını bildirən Lim Hui Çin burada səfir Elman Abdullayev və mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə görüşdüklərini, nazirliyin muzeyini ziyarət etdiklərini diqqətə çatdırıb.
Lim Hui Çin proqram iştirakçılarına sertifikatların verilməsi mərasimində ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevin iştirak etdiyini və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladığını qeyd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04