Dövlət Miqrasiya Xidmətində Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 31 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra DMX rəisinin müavini Elman Əliyev tarix boyu ermənilərin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq siyasəti, xüsusən də 1918-ci ilin mart hadisələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, 1918-ci ilin mart hadisələri zamanı Bakıda, Qubada, Şamaxıda, Göyçay qəzasında, Gəncədə, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda on minlərlə əliyalın, dinc azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub. Məhz Quba məzarlığının aşkarlanması qondarma “erməni soyqırımı” uydurması ilə beynəlxalq birliyi aldadan ermənilərə və onların havadarlarına zamanın verdiyi cavab oldu.
Diqqətə çatdırılıb ki, ermənilərin törətdikləri vəhşilik - 31 mart 1918-ci il soyqırımı hüquqi və dolğun qiymətini məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə alıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərman dünyanın diqqətini tarixən Azərbaycan xalqının başına gətirilən faciələrə, soyqırımı aktlarına yönəldib. Bundan sonra hər il martın 31-i ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlayıb. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu gün də davam edən erməni terroruna, separatçılığına cəlb etməkdir.
Tədbirdə Ulu Öndərin müdrik siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi, hərbi gücünün də gündən-günə artdığı qeyd olunub. Həmçinin əzəli torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqları əminliklə diqqətə çatdırılıb.
Sonda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” sənədli filmi nümayiş etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05