Azərbaycanın müdafiə naziri: Silahlı Qüvvələrimiz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hər an hazır və qadirdir
Bakı, 31 mart, AZƏRTAC
İşğal altındakı torpaqlarımızın tezliklə azad olunacağı heç kimdə şübhə doğurmamalıdır.
Xalqına, dövlətinə və Prezidentinə güvənən Silahlı Qüvvələrimiz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hər an hazır və qadirdir.
Bu fikirləri müdafiə naziri, general-polkovnik Zakir Həsənov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar şəxsi heyət qarşısında çıxışında deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Həsənov 1918-ci il martın 31-nin, 1992-ci il fevralın 26-nın Azərbaycan xalqının tarixinin qanlı səhifələrindən olduğunu vurğulayıb. Bildirib ki, analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunan, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli Fərmanın ermənilərin, həmçinin onların havadarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük və əhəmiyyətli rolu var. Həmin Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tariximizin açılmamış və uzun illərdən bəri siyasi-hüquqi qiymətini almamış səhifələrindən biri - xalqımıza qarşı törədilən soyqırımı məhz Ulu Öndərimizin sayəsində beynəlxalq aləmdə geniş təbliğ olunmağa başlayıb.
Nazir deyib: “Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Mən bu gün soyqırımı qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaq, şəhidlərimizin qisasını alacaqsınız”.
Müstəqil dövlətimizin iqtisadiyyatının dinamik inkişaf etdiyini vurğulayan nazir diqqətə çatdırıb ki, Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu dünyada gündən-günə yüksəlir, müdafiə qüdrəti daha da möhkəmlənir. Silahlı Qüvvələrimizin şəxsi heyəti döyüş və mənəvi-psixoloji hazırlıqda yeni nailiyyətlər əldə edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25