Avropa İttifaqı polietilen torbalardan istifadəni məhdudlaşdırmaq istəyir
Bakı, 31 mart, AZƏRTAC
Avropa İttifaqı ətraf mühitin mühafizəsi məqsədi ilə polietilen torbalardan istifadəni məhdudlaşdırmaq niyyətindədir.
Statistikaya əsasən hər bir avropalı il ərzində ətrafa 200-ə qədər istifadə edilmiş polietilen torba atır ki, bu tullantıların qalıqları ətraf mühitə xeyli dərəcədə zərər vurur. Eyni zamanda, onların parçalanmış hissələrinin içməli suyun, həmçinin ərzaq məhsullarının tərkibinə düşməsi təhlükəsi də mövcuddur.
AZƏRTAC Avropa Parlamentinin saytına istinadla xəbər verir ki, bu riskləri aradan qaldırmaq üçün Avropa İttifaqı polietilen torbaların istifadəsini məhdudlaşdırmaq fikrindədir. Avropa Parlamentinin üzvləri və Avropa İttifaqı Şurası bu məsələnin martın 31-də Ətraf Mühiti Mühafizə Şurası tərəfindən səsverməyə çıxarılması barədə razılığa gəliblər. Ümumi səsvermənin isə aprel ayında keçirilməsi planlaşdırılır.
Təkliflərdən birinə əsasən, Avropa Birliyi ölkələrində ətraf mühitə atılan polietilen torbaların sayını 2019-cu ilin sonlarında adambaşına 90-a, 2025-ci ilə qədər isə 40-a endirmək nəzərdə tutulur. Digər təklifə əsasən isə 2018-ci ilin sonundan etibarən bu tip torbaların alış-veriş mərkəzlərində pulsuz paylanmasına son qoyulmalıdır.
Qeyd edək ki, bu məhdudiyyətlərin, həmçinin plastik birdəfəlik qablara da şamil edilməsi nəzərdə tutulur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Pambıqdan yüngül planet kəşf edildi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08