Ermənilər xalqımıza qarşı soyqırımını düşünülmüş və planlı şəkildə həyata keçiriblər
Ağdaş, 31 mart, AZƏRTAC
Martın 31-də Ağdaş rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər bildiriblər ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdikləri soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarcasına öldürülüb, bir milyondan çox insan evindən, el-obasından didərgin düşüb.
Qeyd olunub ki, azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması, siyasi-hüquqi qiymət verilməsi istiqamətində Prezident İlham Əliyevin gördüyü işlər öz nəticələrini verməkdədir.
Çıxışlarda işğal altındakı torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə əminlik ifadə olunub.
Tədbirdə ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini və həmin qanlı hadisələri əks etdirən tarixi faktlar iştirakçıların diqqətinə çatdırılıb.
Xatırladaq ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ağdaş rayonunun mədəniyyət müəssisələrində ədəbi-bədii tədbirlər keçirilib, orta məktəblərdə xüsusi dərslər təşkil olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25