ANS PRESS-in məlumatına görə, Şakira doğuşdan sonrakı fotolarını paylaşıb.
Uzun müddətdir barəsində heç nə eşidilməyən Şakira iki ay öncə ana olub. Onun sevgilisi Pikedən oğlu-Saşa dünyaya gəlib.
İnsagram səhifəsindəki fotolarda Şakira doğuşdan iki ay sonrakı vəziyyətini paylaşıb. Latın Amerikalı müğənni ideal ölçülərinə qısa zaman ərzndə yenidən qovuşa bilib.
38 yaşlı müğənninin fotosu ağ-qara formatda olsa da, onun hamiləlik kilolarından qurtulduğu aydın görünür. O, gecə geyimində yatağında foto çəkdirib.
Müğənni yeni doğulan oğlunun da fotosunu paylaşmağı unutmayıb. Fotoda Saşa ayaqları ilə uşaqlar üçün nəzərdə tutulan pianonu çalmağa cəhd edir. Lakin onun üzü yox, ayaqları görünür.
Xatırladaq ki, Şakira ilə futbolçu Pikenin 2 yaşlı Milan adlı daha bir övladı var.



Mənbə
ANS PRESS