Dünya birliyinin Ermənistanın təcavüzkar siyasətinə biganə yanaşması təəssüf doğurur
Bakı, 31 mart, AZƏRTAC
Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbirdə çıxış edərək ermənilərin zamanla azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs edib, 31 mart soyqırımının bu cinayətlərin ən dəhşətlilərindən olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini qeyd edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini söyləyən icra başçısının müavini Azərbaycan ordusunun bu gün işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etmək qüdrətinə malik olduğunu vurğulayıb.
Mərasimdə digər çıxış edənlər soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, ermənilərin bu təcavüzkar siyasətinin indi də davam etdirildiyini, dünya birliyinin buna biganə yanaşmasının təəssüf doğurduğunu bildiriblər. Onlar Xocalı faciəsinin erməni faşistlərinin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırımı siyasətinin davamı olduğunu qeyd ediblər. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin önəmi vurğulanıb.
Tədbir Pirallahı rayonunda yerləşən orta məktəb şagirdlərinin ifasında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33