Naxçıvan, 31 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 500 hektardan çox sahədə yaz əkini həyata keçirilib.
Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əkin sahələrinin 284,2 hektarına arpa, 10 hektarına buğda səpilib.
Əkinin 294,2 hektarı taxıl, 10 hektarı dənli-paxlalı, 23 hektarı tərəvəz, 109 hektarı kartof, 6 hektarı bostan, 67 hektarı isə çoxillik ot bitkiləridir.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması Naxçıvanda aqrar sahənin istehsalçıları üçün yeni stimul olub. Torpaq mülkiyyətçiləri hazırda sahələrdə yaz əkini kampaniyasını davam etdirirlər.