Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı törədiyi cinayətlərə siyasi-hüquqi qiymət verməlidir
Bakı, 31 mart, AZƏRTAC
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində şagirdlər üçün azərbaycanlıların soyqırımı haqqında film nümayiş etdirilib. Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış filmdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətindən bəhs olunub.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ermənilərin törətdiyi dəhşətli cinayət hadisələri bir daha şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda, rayon ərazisində yerləşən tam orta məktəblərdə xüsusi dərslər keçirilib, şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olunub.
Tədbirdə çıxış edən 317 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov bildirib ki, martın 31-i son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, repressiyalara məruz qalması XX yüzilliyin ən qanlı səhifələrindən biridir. 1918-ci il martın 30-dan – aprelin 2-dək Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atıblar.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir.
Bildirilib ki, Azərbaycanın problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Prezident İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündə mühüm layihələr reallaşdırır.
Tədbirdə digər çıxış edənlər beynəlxalq ictimaiyyəti ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə siyasi-hüquqi qiymət verməyə çağırıblar.
Sonda məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25