Pentaqon daha təhlükəsiz telefonlardan istifadəyə keçir
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Silent Circle”in top-meneceri bildirib ki, Pentaqon hələ bir il əvvəl pilot proqramı çərçivəsində ABŞ hərbçilərini “Blackphone” smartfonları ilə təchiz edib. Bu smartfonlar həm də "məxfi" qrifi altında məlumatların mübadiləsi üçün istifadə olunur.
ABŞ Müdafiə Nazirliyinə “Blackphone” smartfonları üçün endirim edilib, çünki smartfon partiyasını satın alıb. Canke partiyanın həcmini və endirimini dəqiqləşdirməyib.
Mobil telefonun pərakəndə dəyəri 629 dollar təşkil edir. Pentaqon internet, poçt və başqa xidmətlərlə işləmək üçün “Blackphone” smartfonunu müstəqil sazlayıb. Bundan başqa, hərbçilər öz laboratoriyalarında “Blackphone”un proqram təminatının mənbə kodunu yoxlayıblar.
Müdafiə Nazirliyinin nümayəndəsi “Nextgov” resursuna hərbçilər tərəfindən istifadə olunan smartfonun brendini açıqlamaqdan imtina edib. Yalnız onu bildirib ki, bu aparat “Android” mobil sistemi ilə işləyən qurğunun dəyişilmiş variantıdır. Nümayəndə, həmçinin deyib ki, Pentaqonun əməkdaşları “Blackberry” smartfonlarından da istifadə edirlər.
2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden ABŞ xüsusi xidmət orqanlarının işi haqqında şok məlumatlar açdıqdan sonra hərbi qurum “Blackphone” smartfonlarının sınaqlarına başlayıb.
“Blackphone” – İspaniyanın “Geeksphone” startapı ilə “Silent Circle” tərəfindən hazırlanmış smartfondur. “Blackphone” smartfonu 2014-cü ilin yanvarında təqdim edilib.
Qurğu “Android” mobil sisteminə əsaslanan “PrivatOS” əməliyyat sistemi ilə işləyir və “Silent Circle” şirkəti tərəfindən hazırlanmış mobil tətbiqlər dəstinə malikdir: “Silent Phone”, “Silent Text” və “Silent Contacts”.
“Silent Phone” və “Silent Text” tətbiqləri zəng etməyə və şifrlənmiş formada ani mesajlar və fayllar göndərməyə imkan verir. “Silent Contacts” kontakt məlumatlarını şifrlənmiş növdə yadda saxlayır.
“Blackphone” smartfonu yalnız “Blackphone”dan istifadə edən deyil, həm də “iPhone” və “Android” smartfon sahibləri ilə danışıq zamanı şifrlənmiş kommunikasiya imkanlarını təmin edir. Bunun üçün “iPhone” və “Android” qurğulara “Blackphone” tətbiqi quraşdırmaq lazımdır. Aparat sahibləri, həmçinin adi telefonlara zəng edə bilərlər, amma bu zaman rabitə təhlükəsiz olmayacaq.
2015-ci ilin martında şirkət ikinci nəsil smartfonunu təqdim edib. Bu dəfə qurğu daha güclü aparat içliyi ilə təchiz edilib. Ekranın diaqonalı 5,5 düymədək artırılıb və daxili yaddaşın tutumu isə iki dəfə artırılaraq 32 QB olub. Şirkət 2015-ci ilin ikinci yarısında yeni qurğuların satışına başlamağı planlaşdırır.
Emil Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25