Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Mahuzər Şabanbəyova işdən azad olunub.

Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, M. Şabanbəyova martın 6-da öz ərizəsi ilə işdən azad edilib. Onun vəzifəsinin icrası təhsil müəssisəsinin ibtidai sinif rəhbəri Umnisə Nəcəfbəyovaya həvalə olunub. Yaxın günlərdə İncəsənət Gimnaziyasına direktor təyin olunacaq.