Böyük idmana qayıdan Mövlud Mirəliyev: "Avropa Oyunlarında medal qazanmaq istəyirəm"
- Necə oldu ki, böyük idmana qayıtmaq qərarına gəldiniz?
- Avropa Oyunlarında sambo yarışlarına qatılmaq istəyirəm. Çünki bu növdə mənim nailiyyətlərim olub. Dünya və Avropa çempionatlarının qızıl medallarını qazanmışam. Avropa Oyunları tarixi bir yarışdır. İstəyirəm ki, iştirak edim və medal qazanım.
- Bu yaxınlarda Azərbaycan çempionatında iştirak etmiş və finalda məğlub olmuşdunuz. Bu, şanslarınızı azaltmır?
- Azərbaycan çempionatında hesabda irəlidə lduğum vaxt mənə heç nədən xəbərdarlıq verdilər. Nəticədə fəndlə yox, cərimə xalı ilə uduzdum. İlk yarışım olsa da, gümüş medal qazandım. Ötən həftə isə Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilmiş Dünya Kubokunda bürünc medala sahib oldum. Hələ Oyunlaradək vaxt var. Ölkə çempionatının finalında məğlub olduğum Vasif Səfərbəyovla hələ sınaq görüşüm olacaq. Bu nəticəyə əsasən Avropa Oyunlarında iştirak edib-etməyəcəyim müəyyənləşəcək.
- Düşünmürsünüz ki, 41 yaşda yenidən böyük idmana qayıtmaqla bu növdə nailiyət qazanmaq istəyən gənclərin qarşısını kəsmiş olursunuz...
- Yuxarı çəkilərdə elə də güclü samboçu yoxdur. Məndən güclüsü olsa, deyərəm ki, o güləşsin. Sonuncu dəfə samboda 2011-ci ildə yarışmışam. 14 il sonra özümdə yenidən uğur qazanmaq üçün güc özümdə hiss edirəm.
- I Avropa Oyunlarından başqa daha hansı yarışda qüvvənizi sınamaq fikrindəsiniz?
- Yəqin ki, bir neçə yarışda iştirak edəcəyik. Əsas yarış mayın ortalarında Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatı olacaq.
- Bəs cüdodan niyə getdiniz?
- 2008-ci il Pekin Yay Olimipiya Oyunlarında bürünc medal qazandıqdan sonra cüdo qaydaları dəyişdirildi. Bu isə mənim və olimpiya çempionu Elnur Məmmədlinin çıxışlarına təsirsiz ötüşmədi. Təsadüfi deyil ki, Elnur da həmin olimpiadadan sonra elə də böyük nailiyyətlər qazana bilmədi. Nəticədə 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra karyerasını bitirdi. Mən isə daha erkən - demək olar ki, olimpiadadan sonra cüdo ilə vidalaşdım.
- Hazırda Şəmkir Olimpiya İdman Kompleksinin direktorusunuz. Bu sizin idmanla aktiv məşğul olmağınıza mane olmur?
- Mən təkcə kompleksin direktoru yox, həm də Şəmkir rayon polis şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə baş inspektoruyam. Sağ olsunlar ki, idmanla məşğul olmaq üçün mənə imkan yaradırlar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25