[ 31 Mart 2015 14:26 ]



Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimova təbrik məktubu göndərib.

 

APA-nın xəbərinə görə, dövlət başçısı məktubunda İslam Kərimovu yenidən Özbəkistan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib.


Qeyd edək ki, Özbəkistan MSK-nın açıqladığı ilkin məlumata əsasən, İslam Kərimov seçkilərdə 90,39% səs toplayıb.