Ucar rayonunda bədbəxt hadisə baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 30-da Ucar rayonunun Qazıqumlaq kəndində qeydə alınıb.

Kənddə yerləşən quşçuluq fermasında işləyən Bakı şəhər sakini Ülvi Niftiyevi elektrik cərəyanı vurub.

Nəticədə Ü.Niftiyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS