Hazırda onun ailəsi Bərdənin Şirvanlı kəndində yaşayır. Oğlu Nəsir Həsənov atasının yarımçıq qalan missiyasını reallaşdırmağa çalışır. O, atasını az xatırlasa da, onun qəhrəmanlıqları haqqında çox eşidib. Dağlıq Qarabağda göstərdiyi şücaətə görə, “Qırxqız qartalı” adı ilə çağırılan Tabil Həsənovun döyüş yoldaşları da onun qəhrəmanlığını hər zaman xatırlayırlar.
Milli.Az