[ 31 Mart 2015 11:16 ]


Ceyms Uorlik: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini prioritetə çevirməliyik”

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada hesabat təqdim edəcəklər.

 

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” hesabında yazıb.

 

“Bu gün ATƏT-in Minsk qrupu həmsədrləri ATƏT-in Minsk qrupuna artan zorakılıq halları və vasitəçilik səyləri barədə hesabat təqdim edəcək. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini prioritetə çevirməliyik”, - deyə həmsədr qeyd edib.