ANS PRESS-in məlumatına görə, Alyansın sədri Elmar Məmmədov şəxsən mükafatı L.Kuçmaya təqdim edib.
Qeyd edək ki, Ukraynanın Kiyev, Odessa, Lvov, Dnepropetrovsk və Truskavets şəhərlərində 3000 nəfər arasında keçirilən sorğu əsasında L.Kuçma 2014-cü il üçün böyük səs çoxluğu ilə "İlin adamı" seçilib.
Xatırladaq ki, L.Kuçma 19 iyul 1994-cü ildən 23 yanvar 2005-ci ilə kimi Ukraynanın prezidenti olub.



MənbəANS PRESS