Oleq Piunov: "I Avropa Oyunlarında nəticə qazanmaq üçün çalışırıq"
- Gimnastikaya gəlişiniz haqda danışardınız. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
- 2000-ci ildə, evimizin yaxınlığında batut gimnastikası üzrə bölmə açıldı. Nadinc uşaq olduğumdan, valideynlər məni məşqlərə aparmaq qərarına gəldilər. Həmin vaxt mənim 7 yaşım vardı.
- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdiniz?
- Fikrimcə, bəli. Uşaqlıqdan futbolu və stolüstü tennisi sevirəm. Yadımdadır, eyni zamanda futbol və batut gimnastikası ilə məşğul olurdum.
- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
- Bu, axı mənim sirrimdir (gülür).
- Fikrinizcə, hər hansı idman növündə vacib olan nədir?
- Peşəkar idmanda "bu, vacibdir", "bu isə önəmli deyil" anlayışlar yoxdur. Burada hər şey vacibdir. Hər şeyə fikir vermək lazımdır, başqa cür alınmır.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idman növündən asılıdır?
Hər bir idman növü təhlükəlidir, burada çox diqqətli olmaq lazımdır. Səhv təkan və ya yerə enmə idmançının səhhətinə təsir göstərə bilər.
- İdmanda kumiriniz var?
- Bəli, var. Bunlar batut gimnastikası üzrə olimpiya çempionları Aleksandr Moskalenko və İrina Karayevadır.
- Yaxın gələcək üçün idman planlarınızdan danışardınız...
- Gələcək planlarım Avropa Oyunlarıdır. Gərgin məşqlər edirik, nəticə üçün çalışırıq. Bayrağımızı qaldırmaq, kürsüyə qalxmaq və ölkəmizin himnini eşitmək arzusundayam. Öz növbəmdə, bu planımı reallaşdırmaq üçün hər şey edəcəyəm.
- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsınız?
- Mən bir daha deyirəm ki, Avropa Oyunları mənim üçün birinci yerdədir, üstəlik onlar vətənimizdə keçiriləcək.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzular, məqsədləriniz var?
- Hər bir insan kimi, mənim də arzularım var. Böyük, mehriban ailə sahibi olmaq arzusundayam. Hər axşam, iş günündən sonra sakit və gözəl yerdə yerləşən rahat evdə yoldaşım və uşaqlarımla birgə olmaq istərdim. Xoşbəxtlik üçün daha nə lazımdır ki?
- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsəniz?
- Təəssüflər olsun ki, bu, həmişə alınmır.
- Ailəniz haqda danışardınız...
- Dəlicəsinə valideynlərimi sevirəm və hər şeyə görə onlara minnətdaram.
- Sevdiyiniz şəxs var?
- Bəli, var.
- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Və onlardan nə eşitmək istərdiniz?
- Dəstək səsləri eşitmək istəyirəm - bu, mənə çox kömək edir. Azarkeşlərə dəstəklərinə görə minnətdaram.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33