ABŞ-ın müdafiə naziri Eş Karter Ərəb Liqasının liderlərinin planını dəstəkləyib.Pentaqon rəhbəri Ərəb Liqasının çağırışını dəstəkləyir
Anspress-in məlumatına görə, martın 20-də Nyu Yorkda danışan Karter deyib ki, koalisiya yaratmaq fikrini dəstəkləyir.
Qeyd edək ki, Ərəb Liqasının liderləri İŞİD və Yəməndə husi silahlıları ilə mübarizə üçün birgə hərbi qüvvə yaratmağı təklif edir. Bu razılaşma martın 29-da Ərəb Liqasının Misirdəki sammitində elan edilib. Səudiyyə Ərəbistanı, Misir və müttəfiqləri regional böhranlara hərbi müdaxilə üçün yeni qətiyyət göstərmək niyyətindədir.
Birgə qüvvənin necə işləyəcəyi barədə detallar gələn ay hazırlanacaq, tam təklif isə dörd aya ortalığa qoyulacaq.
Milli.Az