Türkiyənin müxalifət partiyası rəhbəri ən böyük xəyalının nə olduğunu açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin ana müxalifət partiyası hesab edilən Cümhuriyyət Xalq partiyası (CHP) lideri Kamal Kılıçdaroğlu “FOX TV Xəbər”də bir sıra sualları cavablandırıb.

Türkiyə hökuməti əleyhinə gizli fəaliyyətlər aparan “parallel hökumət”lə əlaqəsi olmadığını bildirən CHP liderindən ən böyük xəyalının nə olduğu soruşulub.

“Ən böyük xəyalım baş nazir olmaqdır. Baş nazir olsam, şəxsi həyatımda, iş fəaliyyətimdə əldə etdiyim uğurları cəmiyyət olaraq Türkiyəyə yaşatmaq istəyirəm”, - deyə o, sualı cavab verib.

Çıxışları ilə çox zaman sosial şəbəkə istifadəçilərinin hədəfinə çevrilən Kılıçdaroğlunun bu dəfəki açıqlaması da diqqətdən yayınmayıb. müxalifət partiyası liderinin bu çıxışı ilə bağlı "caps"lər hazırlayaraq onu ələ salıblar.
Mənbə
ANS PRESS