Qondarma Donetsk və Luqanks “xalq respublikları” Kiyevə ölkənin yeni konstitusiyasının hazırlanması üçün vahid komissiya yaradılmasını təklif ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyada çıxan “Nezavisimaya qazeta” xəbər verib.

Separatçıların lideriləri bildiriblər ki, 2015-ci il 12 fevral tarixli Minsk razılaşmasında Ukraynada konstitusiya islahatının keçirilməsi nəzərədə tutulub. Onların sözlərinə görə, bu islahatlar Ukraynanın “mərkəzsizləşdirilməsinə” xidmət etməlidir. Bundan sonra isə tərəflər – iki separatçı vahid və Kiyev konstitusiya qanunvericiliyini “sinxronlaşdırmalıdırlar”.

Separatçı liderlər bildirirlər ki, belə bir təkliflə çıxış etsdələr də, Kiyevdən heç bir cavab almayıblar.
Mənbə
ANS PRESS