[ 31 Mart 2015 04:20 ]



Bakı-APA. Çilidə baş vermiş daşqın nəticəsində 17 nəfər ölüb. Bu barədə APA “Frans Press”ə istinadən xəbər verir. Məlumata görə, təbii fəlakət nəticəsində daha 20-dək insan itkin düşmüş hesab olunur. Ölkə prezidenti Mişel Baçelet bölgədə vəziyyətin hələ də gərgin olduğunu və ölənlərin sayının arta biləcəyini qeyd edib.