Azərbaycanın ölüm-dirim günü
Hadisələrin gedişi təhlil edildikcə görmək olur ki, soyqırımın təşkilatçısı, Bakı Kommunasının rəhbəri Stepan Şaumyan qırğına çoxdan hazırlaşırmış. Şaumyan ilk öncə əsasən Qafqaz müsəlmanlardan təşkil edilmiş və sayı 1400-ə çatan «Vəhşi diviziya»nın Bakıdan çıxarılmasına nail olmuş. Daha sonra müxtəlif cəbhələrdən 7 minə yaxın erməni əsgəri dəvət edərək Bakı kommunasının silahlı birləşməsi olan Qırmızı Qvardiyaya birləşdirmişdi. Həmin əsgərlər gələnə qədər «Daşnakustyun»un qüvvələri ilə birlikdə Bakıda 12 min yaxın erməni əsgəri var idi. 20 minlik erməni ordusu şəhərin silahsız müsəlman əhalisinə qarşı soyqırıma başlamaq üçün kiçik bir bəhanə axtarırdı.
Stepan Şaumyan soyqırımdan azacıq sonra, 1918-ci il aprelin 13-də Rusiya kommunistlərinin lideri Vladimir İliç Leninə yazdığı məktubunda bu bəhanəni çox asanlıqla tapdığını yazmışdı: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi...
"Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik. Bakını ələ almasaydıq, o, Azərbaycanın paytaxtı elan ediləcəkdi". Məsələ aydın idi, Şaumyan azərbaycanlıların mədəni mərkəzi olan Bakının Azərbaycanın paytaxtına çevrilməsinin qarşısını almağa çalışırdı. Buna görə də həm Bakıda, həm də Bakıya yaxın olan Quba, Şamaxı, Salyan və Lənkəran şəhərlərində türk-müsəlman əhalini tamamilə qırmaq niyyətində idilər. Daha sonra Qarabağ erməniləri ilə birləşərək Gəncə üzərinə hücum edəcəkdilər. Beləliklə, 31 mart Azərbaycan xalqı üçün ölüm-dirim gününə çevrildi. Əli silahsız türk-müsəlman əhali Birinci Dünya müharibəsində dörd il döyüşmüş erməni birlikləri ilə mübarizədə yalnız qaldı. Lakin həmin günlərdə min illər boyu müxtəlif imperiyalara titul millət olmuş Azərbaycan xalqı sübut etdi ki, onu tarixin səhnəsindən bu cür xəyanət həmlələri ilə silmək mümkün deyil. Bakıda milyonçu Şəmsi Əsədullayevin oğlu, Hacı Zeynalabidin Tağıyevin kürəkəni olan Əli Əsədullayevin başçılığı altında «Vəhşi Diviziya»nın azərbaycanlı əsgərləri ölüm-dirim mübarizəsinə başladılar. Bakı qoçuları, həmçinin şəhərin əli silahlı oğulları Əli Əsədullayevin ətrafında birləşdilər. Həmin günlərdə Bakıda 500-dən artıq mülki şəxs silaha sarıldı. Böyük öndər, milliyyətçi demokrat Məmmədəmin Rəsulzadə və Azərbaycan kommunistlərinin başçısı Nəriman Nərimanov müxtəlif cəbhələrdə olsalar da, ermənilərin təşkil etdiyi bu soyqırımı dayandırmaq üçün ciddi fəaliyyətə başladılar. Ermənilər Bakının müxtəlif məhəllələrində minlərlə adamı öldürsələr də, İçərişərə girə bilmədilər.
Həmçinin Bakı kəndlərindən başlanan müqavimət hərəkatı ermənilər Əmircan kəndindən içəri girə bilmədilər. Hadisə zamanı Azərbaycanda yaşayan digər qardaş xalqlar - tatlar, talışlar, kürdlər, ləzgilər, avarlar, saxurlar və dağ yəhudiləri Azərbaycan türkləri ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı vuruşdular. Azərbacan türkləri ilə yanaşı Aslan bəy Qardaşovun başçılığı altında ləzgi, saxur və avar igidləri də Bakıda erməni işğalçılarına qarşı vuruşdular. Qubada Əli bəy Zizikskinin rəhbərliyi altında türklər, tatlar və başqa xalqlar erməni başkəsən Amazaspın dəstələrinə qarşı birgə savaşdılar. Zəngəzurun qəhrəman oğlu Xosrov bəy Sultanov kürdləri və türkləri öz ətrafına toplayaraq erməni general Andranik Ozanyana, Dağlıq Qarabağ seperatçılarına qarşı böyük mübarizə aparmışdı və regonun müsəlman əhalisini soyqırımdan xilas etmişdi. Şaumyanın başçılıq etdiyi erməni daşnaklar Lənkəranda da bir çox talış və türk kəndlərini yandırmışdı. Regionun əhali birləşərək şəhərə yaxınlaşan Azərbaycan ordusu birləşərək daşnakları regiondan qovmuşdu. Bütün bunlara baxmayaraq mart qırğınları zamanı 20 minə yaxın azərbaycanlı qətlə yetirilmişdi. Hadisələrin şahidi olan Nəriman Nərimanov yazırdı ki, ermənilər hətta kommunist müsəlmanları belə öldürürdülər: «Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər». Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Ermənilər müsəlmanlarla yanaşı dağ yəhudilərinə də aman vermirdilər. Həmin günlərdə Qubada 120-dən çox yəhudi də erməni gülləsinə qurban getmişdi.
Bakını erməni işğalından 1918-c il mayın 28-də Gəncədə elan edilmiş Azərbaycan Demokratik Respublikasının ordusu xilas etdi. Əli ağa Şıxlinski və Səməd bəy Mehamandarov tərəfindən yaradılmış ordu Bakının işğaldan azad olmasını qarşısına məqsəd qoydu. Türk general Nuru paşa il yanaşı, azərbaycanlı genaral Həbib Səlimov Bakını azad edən Qafqaz İslam ordusuna komandirlik etdi. 1918-ci il sentyabrın 15-də Şimali Azərbaycanın paytaxtı hürriyyət bayrağı qaldırdı. Sonradan Həbib bəy Səlimovun rəhbərlik etdiyi Azərbaycan ordusu Lənkəranı və Qarabağı da erməni işğalından xilas etdi. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33