Futbolçular müxtəlif xəsarətlərlə ölümün pəncəsindən qurtulublar
Macarıstanla AVRO-2016-nın son seçmə oyunu Yunanıstan millisinin 3 futbolçusu üçün sonuncu ola bilərdi.

Anspress-in məlumatına görə, 0:0 bitən oyundan sonra taksiylə hava limanına yollanan Vanqelis Moras, Panayotis Taxtsidis İoannis Fetfatsidis ağır qəza keçirib.

Futbolçular müxtəlif xəsarətlərlə ölümün pəncəsindən qurtulublar. Sürücü isə hadisə yerində keçinib.

Faciə yerindən şəkili Tvitter hesabında məşhur idman jurnalisti Coni Qeorqopulos yayıb.

Hazırda idmançılar xəstəxanadadır və müalicələri davam edir, onların həyatlarına heç bir təhlükə yoxdur.

Milli.Az