Vüqar Muradov guya imişliləri söydüyü üçün döyüldüyünü bildirib 
Moskvada meşədə bir neçə nəfər tərəfindən vəhşicəsinə döyülən müğənni Vüqar Muradov baş verənlərin arxasında həmkarının dayandığını iddia edib.

ATV-də aparıcı Mətanətin "Gündəlik" verilişində bu barədə danışan Vüqar bilidirib ki, onu guya imişliləri təhqir etdiyi üçün döyüblər. Onun sözlərinə görə, huşunu itirməmişdən qabaq endirilən sonuncu zərbənin sahibindən döyülmə səbəbini soruşub. O da bilirib ki, imişliləri təhqir edib.

Lakin Vüqar hesab edir ki, bu, ona qarşı qurulmuş iyrənc bir təxribatdır. Azərbaycanın bütün bölgələrinin sakinlərinə sayğı ilə yanaşdığını söyləyən müğənni heç bir bölgəyə qarşı təhqiramiz ifadəyə yol vermədiyini açıqlayıb.

Vüqar ona qarşı qurulmuş təxribatın "ssenarist"ini və səbəbini açıqlayıb.

Qeyd edib ki, bunun arxasında müğənni Fidan Süleymanova dayanır.
Səbəb isə il yarım əvvəl baş tutuan konsertdə ona mikrofon verməməsidir. Xanım müğənni də hikkəsindən belə bir yalan uydurub.

Milli.Az