Asan İmza güzəştli kampaniyasının bitməsinə bir ay qalır
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti abunəçilərin nəzərinə çatdırır ki, 30 aprel 2015-ci il tarixində “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair qüvvədə olan güzəştli kampaniyanın müddəti bitir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin 16 may tarixindən etibarən qüvvədə olan bu kampaniya çərçivəsində hər üç “Asan İmza” istifadəçi kateqoriyası (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) üzrə xidmətə qoşulma qiymətləri endirilərək 18 AZN təşkil edirdi və bununla əvvəlki qiymətlərlə müqayisədə “Asan İmza”nın əldə edilməsi üzrə vətəndaşlara 40 faiz, hüquqi şəxslərin nümayəndələrinə 90 faiz, dövlət qulluqçularına isə 80 faiz qənaət etmək imkanı yaradılmışdı.
İstifadəçilər arasında “Asan İmza” mobil elektron imzanın artan populyarlığı, eləcə də “Asan İmza”nın effektiv qənaət aləti olduğu nəzərə alınaraq, bu xidmətə qoşulma üzrə qiymətlərin bundan sonra da əvvəlki səviyyədə saxlanılmasına qərar verilib. Beləliklə, cari ilin 1 may tarixindən başlayaraq bütün “Asan İmza” istifadəçi qrupları üzrə xidmətə qoşulma haqqı 18 AZN, aylıq abunə haqqı 1 AZN, göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 AZN təşkil edəcək.
O da qeyd olunur ki, yaxın zamanlarda “ASAN Xidmət” tərəfindən yeni, “Asan Ödəniş” innovativ xidmətinin istifadəyə verilməsi gözlənilir. Bu xidmət vasitəsilə sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə biləcəklər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə Asan Ödəniş sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.
“Asan Ödəniş” sistemində, eləcə də dövlət və özəl təşkilatların təqdim etdiyi elektron xidmətlərdə “Asan İmza”dan istifadəyə marağın daha da stimullaşdırılması məqsədilə, həmçinin may ayında ölkə üçün əlamətdar olan bir sıra tarixləri qeyd edən həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmağı hədəfləyərək həmin ayda daha bir həvəsləndirici aksiyanın keçirilməsi qərara alınıb. Qeyd edilən aksiya çərçivəsində “Asan İmza” xidmətinə qoşulmaq istəyən istənilən şəxs xidmətin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş 18 AZN məbləğində ödənişi etmədən “Asan İmza” mobil elektron imzanın istifadəçisinə çevrilə biləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25