Almaniyanın Düsserdorf Universitet klinikası "Airbus A-320" sərnişin təyyarəsini qəsdən qəzaya uğratdığı bildirilən ikinci pilot Andreas Lyubitsin tibbi kartını prokurorluğa təqdim edib. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, daha əvvəllər klinika Lyubitsin müayinədən keçdiyini, lakin depressiyadan söz getmədiyini açıqlamışdı.

 

Qeyd edək ki, martın 24-də Düsserdolfdan Barselonaya uçan “Airbus A 320″ təyyarəsi Fransanın cənubunda qəzaya uğrayıb. Qəzaya səbəb təyyarənin ikinci pilotu Andreas Lyubits göstərilir. O, əsas pilotu kabinə buraxmayaraq, təyyarəni bilərəkdən qayalara çırpıb.