“Fluor” şirkəti SOCAR-ın layihəsinin idarə edilməsi üzrə podratçısı seçilib
SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, NQENKK və Seçmə Müsabiqədə qalib gəlmiş “Fluor” şirkəti arasında imzalanmış müqaviləyə əsasən “Fluor” şirkəti yeni Kompleks çərçivəsində iki zavodun - Qaz Emalı və Neft Kimyası zavodlarının inşa edilməsində “Layihənin İdarə Edilməsi üzrə” Podratçı (PMC) seçilib.
Layihənin mürəkkəbliyi və işlərin icrası zamanı podratçılara nəzarətin və idarəetmənin həyata keçirilməsi üçün böyük təcrübəyə malik mühəndislik şirkətinin PMC qismində təyin edilməsinin əhəmiyyəti nəzərə alınaraq, SOCAR tərəfindən Seçmə Müsabiqəyə dünya miqyaslı 8 qabaqcıl şirkət (“Bechtel”, “CB&I”, “Fluor”, “Foster Wheeler”, “SNC Lavalin”, “Tecnicas Reunidas”, “Wood Group” (“Mustang”), “Worley Parsons”) dəvət olunmuş, bunlardan 4-ü (“Fluor”, “SNC Lavalin”, “Tecnicas Reunidas” və “Worley Parsons”) müsabiqədə iştirak etmək arzusunda olduğunu bildirib və öz təkliflərini təqdim edib.
SOCAR, layihəyə texniki məsləhətçi qismində cəlb edilmiş DuPont şirkətinin dəstəyi ilə müvafiq Texniki Tapşırıq və Müsabiqəyə Dəvət Sənədləri hazırlayıb, Seçmə Müsabiqədə iştirak edən həmin 4 şirkətin təkliflərini ətraflı şəkildə dərindən təhlil edərək, ən yaxşı təklif vermiş 2 şirkət (“Fluor” və “Worley Parsons”) ilə ikitətəfli görüşlər keçirib. Sonda layihə üçün daha səmərəli təklif vermiş “Fluor” şirkəti müsabiqənin nəticələri əsasında vahid qalib elan edilib.
PMC xidmətlərinin icra mərkəzi olacaq “Fluor” şirkətinin İngiltərədə yerləşən "Farnborough" ofisi Kompleksin strukturuna daxil olan Qaz Emalı Zavodunun və Ümumzavod Təsərrüfatı Sisteminin Layihələndirmə, Satınalma, Tikinti (EPC) və Neft Kimyası Zavodunun İlkin Detallı Layihələndirmə (FEED) və Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələlərinin icrasına nəzarəti həyata keçirəcək və həmin layihələrə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a yardım göstərəcək.
Məlumata görə, “Fluor” şirkəti ilə NQENKK arasında hələ 2012-ci ildən sıx əməkdaşlıq münasibətləri qurulub. Belə ki, “Fluor”un Hollandiyada yerləşən Haarlem ofisi həmin ildən tender əsasında NQENKK Layihəsi üzrə texnoloji qurğular üçün lisenziyaların seçilməsi və layihələndirmə paketinin hazırlanması mərhələsində texniki məsləhətçi qismində layihəyə cəlb edilib və SOCAR-a müvafiq məsləhət xidmətləri göstərib. “Fluor” həmçinin 2014-cü ildə Layihə ilə əlaqədar keçirilmiş Beynəlxalq Forumda yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak edib, layihədə maraqlı olan digər şirkətlər kimi ətraflı təqdimatla çıxış edib.
Xatırladaq ki, Azərbaycan hökumətinin qərarına əsasən, ölkədə yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQENKK) tikintisi layihəsi SOCAR tərəfindən uğurla həyata keçirilir. Artıq bu məqsədlə müvafiq tədbirlər planı hazırlanmış, tikinti işlərinin aparılması üçün Bakı şəhərindən təqribən 60 km cənubda, Abşeron və Qaradağ rayonlarının sərhədində müvafiq torpaq sahəsi ayrılmış və ərazinin tikintiyə hazırlanması işləri davam etdirilir. Yeni Kompleks iki mərhələdə həyata keçiriləcək. 2016-2021-ci illəri əhatə edəcək 1-ci mərhələdə illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı Zavodu; illik istehsal gücü təqribən 850 min ton olan Neft Kimyası Zavodu (NKZ); Ümumzavod Təsərrüfatı və Enerji Bloku (ÜTEB) inşa ediləcək. 2030-cu illəri əhatə edəcək 2-ci mərhələdə isə ilkin emal gücü ildə təqribən 8,6 milyon ton təşkil edən Neft Emalı Zavodu (NEZ) tikilib istismara veriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05