Sosial xidmətlər sahəsində cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub
Bakı, 30 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) sosial cəhətdən həssas əhali qruplarına sosial xidmətlərin təşkili, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, əmək siyasəti və digər sahələrdə görülən işlərə və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısının bu qruplardan olan insanların ehtiyac duyduqları sosial xidmətlərlə təminatı sahəsində işlərin ilbəil güclənməsinə, sosial xidmət sisteminin təkmilləşdirilməsinə şərait yaratdığını vurğulayıb. Bildirib ki, ölkəmizdə "Sosial xidmət haqqında" Qanuna uyğun olaraq, sosial xidmətlərin göstərilməsi ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə təşkil olunur. Ötən il ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə 28 QHT qalib gəlib. Ümumilikdə keçən il QHT-lər tərəfindən 31 layihə icra olunub ki, onlardan 30-u bilavasitə xüsusi qayğıya ehtiyac duyan uşaqlarla bağlı olub. Həmin layihələr üzrə ümumilikdə 1933 nəfər sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin olunub. Həmçinin icra olunan layihələr çərçivəsində ölkənin 11 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Könüllülər də daxil olmaqla 140 nəfərin çalışdığı bu mərkəzlərin sosial xidmət göstərdikləri 330 nəfərdən çox uşağın 20 faizi sağlamlıq imkanları məhdud uşaqlar olub.
S.Müslümov deyib ki, daha bir layihə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması, onların cəmiyyətə inteqrasiyası məqsədi ilə təbliğat kampaniyasının təşkilinə aid olub. Bu layihə çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən əlilliyi olan şəxslərlə bağlı xüsusi verilişlər hazırlanaraq yayımlanıb.
Nazir bildirib ki, bütün bu layihələrin icrası formal xarakter daşımamalı və cəmiyyət bunun nəticələrini görməlidir. Hazırda ixtisaslaşmış QHT-lər tərəfindən göstərilən bu sosial xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və ünvanlılığının ölçülməsi üçün mütərəqqi standartlar əsasında monitorinq və qiymətləndirmə sisteminin yaradılması vacib məsələlərdən biridir. Bununla əlaqədar qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə qeyd olunan standartların hazırlanmasına başlanıb. Eyni zamanda, cari ilin may-iyun aylarında Avropa İttifaqının “Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı” Tvinninq layihəsinin icrasına başlanacaq. Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacaq bu layihə ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsi üçün həmin ölkənin qabaqcıl təcrübəsindən istifadəyə şərait yaradacaq.
İclasda ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ötən il nazirliyin sosial sifarişlər üzrə müsabiqələrində qalib gəlmiş layihələrin icrasının nəticələri ilə bağlı məlumat verib. Sosial xidmətlər üzrə layihələri icra edən ayrı-ayrı QHT-lərin rəhbərləri sosial sifarişlər üzrə müsabiqələrin nəticələrinə dair xüsusi təqdimatlarla çıxış ediblər, ayrı-ayrı təkliflər səsləndiriblər. Vurğulanıb ki, ƏƏSMN-nin mərkəzi icra hakimiyyəti orqanı olaraq bu sahədə QHT-lərlə fəal əməkdaşlığı dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasında fəal əməkdaşlığın bariz nümunəsidir. İclasda bu istiqamətdə görülən işlərin daha geniş şəkildə ictimaiyyətə çatdırılması üçün xüsusi bir konfransın keçirilməsi qərara alınıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25