Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatları qələbəyə qədər davam etdirmək niyyətindədir
Bakı, 30 mart, AZƏRTAC
Beynəlxalq koalisiyanın başında duran Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatları qələbəyə qədər davam etdirəcək. Bu qərarı Misirdəki sammitdə Ərəb Ölkələri Liqası da dəstəkləyib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ötən gecə koalisiyanın Hərbi Hava Qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna şəhərinə yenidən zərbələr endirib. Yerli sakinlər zərbələrin əsasən bir çox ölkənin diplomatik missiyalarının yerləşdiyi məhəlləyə endirildiyini desələr də, koalisiya qüvvələri komandanlığı onların hədəfində üsyançıların sursat anbarları və bazaları, həmçinin kommunikasiya və hava hücumundan müdafiə obyektləri olduğunu bildirib.
Qeyd edək ki, Yəməndə şiə üsyançılarına qarşı aparılan “Qətiyyət tufanı” əməliyyatı martın 26-na keçən gecə başlayıb. Beynəlxalq koalisiyaya Səudiyyə Ərəbistanı ilə yanaşı, Qətər, Küveyt və digər Fars körfəzi ölkələri, həmçinin Misir, Mərakeş, İordaniya və Sudan daxildir. Əməliyyat hələlik hava zərbələri ilə məhdudlaşsa da, sonradan yerüstü əməliyyatların keçirilməsi istisna olunmur. Ər-Riyad müdaxilənin məqsədinin Yəməndə qanuni prezidentin hakimiyyətinin bərpa olunmasına yönəldiyini qeyd edir.
“Artıq bizim başqa yolumuz qalmayıb. Biz bütün mümkün vasitələrlə hadisələrin bu həddə çatmasından yayınmağa çalışdıq. İndiyə qədər 67 dəfə razılaşma bağlasaq da, onlar hər dəfə husilər tərəfindən pozuldu. Ölkədə yeni əraziləri ələ keçirməyə davam edən husilər prezidentin sığındığı Ədən şəhərinə yaxınlaşdıqdan sonra biz artıq müdaxilə etmək qərarına gəldik”, – deyə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil Əl-Cubeyr Amerikanın CBS kanalına müsahibəsində qeyd edib.
Koalisiya komandanlığı hava zərbələri nəticəsində Ədən şəhəri ətrafında üsyançıların iri bazasının məhv edildiyini və onların ölkənin ən iri ikinci şəhərini ələ keçirməyə maneə olduqlarını bəyan edib. Ədən şəhərinə sığınan Prezident Abd Rabbo Mənsur Hadi ölkəni tərk etməyə məcbur olub.
ABŞ öz növbəsində Yəməndəki hərbi əməliyyatlarda iştirak etməyəcəyini, lakin koalisiyaya kəşfiyyat və təchizat sahələrində yardım göstərməyə hazır olduğunu bildirib.
Çin isə öz vətəndaşlarını təxliyə etmək məqsədi ilə Yəmən sahillərinə bir neçə hərbi gəmi göndərib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33