Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyi Yəməndəki hadisələrlə bağlı bəyanat yayıb
Səfirlikdən "Report"a daxil olan bəyanatda bildirilib ki, Husi silahlı birləşmələrinin Yəməndə qanuni hakimiyyəti devirməsi nəticəsində Yəmənin təhlükəsizliyi və sabitliyi pozulub.
"Bu ölkədə baş verən hadisələr təhlükəli xarakter alaraq, regional təhlükəsizlik, sabitlik və əmin-amanlıq, eləcədə beynəlxalq sülh və təhlükəsizliyə böyük təhlükə yaradıb. Ərəb Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələr bütün səyləri ilə Yəmən xalqının tərəfində durmağa tələsərək, "Körfəz dövlətləri təşəbbüsü" və onun icra mexanizmlərinə əsaslanan siyasi proseslə bu dövlətin təhlükəsizlik və sabitliyini qaytarmağa çalışıb, bu çevrilişin regiona mənfi təsirinin qarşısını almaq üçün hərəkətə keçib. Bütün sülh səylərinə və davamlı fəaliyyətə baxmayaraq dövlət çevrilişi edən Husilər bunu qəti rədd etdilər, üstəlik ölkənin yerdə qalan bölgələri də öz nəzarətlərinə almaq üçün təcavüzkar əməllərini davam etdirdilər", - deyə, bəyanatda bildirilir.
Bəyanatda xatırladılır ki, Yəmən prezidenti martın 24-də Əməkdaşlıq Şurasına üzv olan ölkə başçılarına ölkədə Yəməni terror təşkilatlarından xilas etmək üçün yardım xahiş edib: "Yəmən xalqına qarşı məsuliyyətdən çıxış edərək, ölkəni və onun xalqını, xarici qüvvələrin əlində alət olan və Yəmən xalqının təhlükəsizlik və sabitliyi ilə oynayan Husi yaraqlılarından qorumaq üçün Yəmən prezidentin xahişini qəbul edilib".
Səfirliyin məlumatında qeyd olunur ki, müşahidə olunan təcavüzlər artıq Səudiyyə Ərəbistanı ərazisinə də yayılıb və dövlətin təhlükəsizlik və sabitliyi təhlükəyə məruz qalıb: "Allahdan diləyirik ki, Yəməni və onun qardaş xalqını qorusun, onu fitnələrdən kənar etsin, nə Yəmənə, nə də bizim dövlətlərə xeyir arzulamayan xarici müdaxilələrdən qorusun".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04