Bakı, 30 mart, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi aprel 23-24-də Koreya Respublikasının Seul şəhərində keçiriləcək BMÜTT-nin İpək yolu üzrə İşçi Qrupunun 5-ci görüşündə təmsil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində İpək yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti və turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və bir sıra digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, görüşdə İpək yolu layihəsi ölkələri və UNESCO nümayəndələrinin, habelə BMÜTT-nin seçilmiş üzvləri iştirak edəcəklər.