Gəncə, 30 mart, AZƏRTAC
Yazın gəlişi ilə əlaqədar Gəncə bölgəsinin magistral yol kənarlarında yaşıllıq zolaqlarının artırılması işlərinə başlanılıb.
10 saylı yol yaşıllaşdırma idarəsindən AZƏRTAC-a verilən məlumata görə, artıq bir neçə gündür ki, yol kənarlarında ağac əkilməsinə start verilib. Kampaniyaya “Azəryolservis” ASC də qoşulub. Qısa vaxtda magistral yolların kənarlarında 6 minədək həmişəyaşıl ağacın əkilməsi nəzərdə tutulur.