Avstraliya hökuməti ölkənin bütün aviaşirkətləri üzərində yeni öhdəlik qoyan qanun qəbul edib.

ANS PRESS-in məlumatına görə, yeni aviasiya qanununa əsasən, 50-dən çox sərnişinin olduğu təyyarədə uçuş zamanı pilot kabinəsində pilotların tək qalması qadağan edilir. Avstraliya İnfrastruktur və Regional İnkişaf Nazirliyinin açıqlamasına görə, qayda həm daxili, həm də beynəlxalq aviareyslərə şamil ediləcək.

Bu cür tədbirlər Fransanın Alp dağları ərazisində Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasından sonra görülüb. İkinci pilot Andreas Lubitsin pilot kabinəsində tək qalmasından istifadə edərək təyyarəni qəzaya uğratması nəticəsində 150 nəfər ölüb. Bundan sonra "kabinədə iki nəfər" qaydası bir sıra Avropa ölkələrində, Kanada və Yeni Zelandiyada tətbiq edilməyə başlayıb.
Mənbə
Associated Press