Deputatlar bu məqsədlə martın 30-dan aprelin 3-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar. Seminarda Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.